Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qayğı və sevginin nəticəsidir ki, magistratura seçimim də Sumqayıt Dövlət Universiteti oldu
Qayğı və sevginin nəticəsidir ki, magistratura seçimim də Sumqayıt Dövlət Universiteti oldu
Məzun günündə çıxış etmək, bəlkə də hər tələbənin arzusudur. Mən universitetlə bağlı xoş xatrələrimi sizlərə bölüşdüyüm üçün çox sevincliyəm. Universitet həyatımı dolu-dolu yaşadığımın, ətrafımda gözəl insanların olduğunun fərqindəyəm. Mən tələbəlik illəri boyunca tədbirlərin aparıcısı olmağımla yanaşı, eyni zamanda layihələrimi uğurla həyata keçirtmişəm. Geriyə dönüb baxdığımda Sumqayıt Dövlət Universitetini seçdiyim üçün qürur duyuram. Qayğı və sevginin nəticəsidir ki, magistratura seçimim də Sumqayıt Dövlət Universiteti oldu. Universitet illəri məni mən edən hər şeyi öyrətdi və çoxlu təcrübə qazandırdı. Təbii ki, burada mənə yaxından dəstək olan müəllimlərin zəhməti danılmazdır. Başda sevimli rektorumuz professor Elxan Hüseynov olmaqla, dekanımız Mahal Muradov, qayğısı ilə fərqlənən Müşkinaz müəllimə, mənim hər uğuruma sevinən Ekologiya kafedrasının bütün heyətinə öz dərin təşəkkürümü bildirirəm. Çox şanslıyam ki, Magistratura həyatımda yenidən birlikdə olacayıq. Ona görə də hələ bu son deyil, çünki, hər son bir başlanğıcdır.
Kimya və biologiya fakültəsinin məzunu Ləman Nərimanova
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az