Əsas səhifə | Xəbərlər | Ümid edirik ki, ölkəmiz tezliklə bu bəladan qurtulacaq və Sumqayıt Dövlət Universiteti daha neçə-neçə məzunlarını təntənəli şəkildə yola salacaqdır
Ümid edirik ki, ölkəmiz tezliklə bu bəladan qurtulacaq və Sumqayıt Dövlət Universiteti daha neçə-neçə məzunlarını təntənəli şəkildə yola salacaqdır
Mən, Mehriban Gülmalıyeva İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olaraq bu gün həm sevincli, həm də çox məyusam. Həyatımızın ən çılğın, ən qayğısız günlərini, tələbəlik illərimizi geridə qoyuruq. Universitet bizə tək elmin sirlərini deyil, şəxsiyyət kimi formalaşmağı da öyrətdi. Burada xoş, mehriban müəllimlərimizlə sevinc və kədərimizi paylaşdığımız qrup yoldaşlarımızla o qədər doğmalaşmışdıq ki, böyük bir ailəyə çevrilmişdik. Fakültənin dekanı dosent Aynurə Yəhyayevanın qayğısını isə xüsusi ilə vurğulamaq istərdim. Bu gün ayrılmaq çətin olsa da, hər son gözəl başlanğıclar ümid ilə sonlanır. İnşallah məzun olan hər bir tələbə üçün universitet həyatının sonu sağlam təməlli gələcəyin başlanğıcı olar.
Əziz müəllimlərimiz! Bu gün məzun olan hər bir tələbə sizin uğurunuzdur. Hər bir məzun istərdi ki, hər il olduğu kimi bu ildə universitetdə təntənəli şəkildə Məzun Günü keçirilsin. Ancaq dünyanı bürümüş pandemiya ilə bağlı bu mümkün olmadı. Ümid edirik ki, ölkəmiz tezliklə bu bəladan qurtaracaq və Sumqayıt Dövlət Universiteti daha neçə-neçə məzunlarını təntənəli şəkildə yola salacaqdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az