Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin məzunu olduğum üçün çox şanslıyam
Sumqayıt Dövlət Universitetinin məzunu olduğum üçün çox şanslıyam
Göz açıb böyüdüyüm doğma şəhərimin doğma universiteti. Deyirlər ki, ömrün ən gözəl illəri tələbəlik illəridir. Həqiqətən də elədir! Tələbəlik gənclikdir, qayğısız illərdir. Mən də ən gözəl illərimi Sumqayıt Dövlət Universitetində keçirmişəm. Hazırda mən də bu yolçuluğumun sonuna gəlib çatmışam. Bir göz qırpımında bitən sevincli, kədərli dörd il. Geriyə qalan xoş xatirələr və foto şəkillərdir.
Sumqayıt Dövlət Universiteti mənim üçün çox doğmadır. Məncə universitet bizə təkcə təhsil vermədi, həm də bizi şəxsiyyət kimi formalaşdırdı.
Mən Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Metrologiya, Standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi ixtisasına 2016-cı ildə daxil olmuşam. Və artıq bu il universitetimiz ilə vidalaşıram. Qeyd edim ki, ən böyük arzum bu peşəyə yiyələnmək olub. Özümü çox şanslı hesab edirəm. Həm arzuladığım peşəyə yiyələndim, həm də məhz bu universitetin belə mehriban, təcrübəli, işini sevən müəllimlərindən dərs aldım. Fakültənin dekanı dosent Ulduz Ağayev daima biz tələbələrə böyük qayğı göstərdi. Kafedra müdirimiz Qurban Abdullayev və kafedra müəllimlərimiz bizə ixtisasımız üzrə hərtərəfli bilik qazandırmış və ixtisasımıza qarşı sevgi yaratmışdılar. Həmçinin universitetimizin rektoru professor Elxan Hüseynov hər zaman biz tələbələrin yanında olmuş və hər bir problemdə tələbənin xeyrinə qərarlar qəbul etmişdir.
Bu gözəl kollektivdən və ailəm kimi gördüyüm qrup yoldaşlarımdan ayrıldığım üçün çox məyusam. Amma hər başlanğıcın mütləq bir sonu var. Biz həyatımızın yeni mərhələsinə qədəm qoyuruq. Ümidvaram ki, bundan sonra yolumuz daha aydın, uğurlarımız daha çox olar.
İnanıram ki, hər birimiz öz fəaliyyətimizlə universitetimizin adını yüksəklərə qaldıracağıq.
Mühəndislik fakültəsinin 694 saylı qrupun məzunu Xalidə İsmayılova
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az