Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 16 tələbəsi ATGTİ tərəfindən diplomla təltif olundu
SDU-nun 16 tələbəsi ATGTİ tərəfindən diplomla təltif olundu
Avqustun 11 –də təhsil zamanı TGT-lərdə fəallığı ilə seçilən 2020 Məzunlarının mükafatlandırılma mərasimi keçirildi. Zoom vasitəsi ilə baş tutmuş görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxış edərək məzunları təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri mütəmadi olaraq respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında fəal iştirak edir və uğurlar əldə edirlər. Bunun nəticəsi olaraq SDU-nun 16 tələbəsi ATGTİ tərəfindən diplomla təltif olundu.
Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarlar hər zaman ATGTİ –nin diqqət mərkəzində saxlanılır. Öz fəaliyyətini bu meyarlar əsasında quran təşkilat bu sahədə mühüm tədbirlər həyata keçirir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az