Əsas səhifə | Xəbərlər | SDU-nun kollektivi Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradovu oğlunun“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medala layiq görülməsi münasibəti ilə təbrik etdi
SDU-nun kollektivi Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradovu oğlunun“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medala layiq görülməsi münasibəti ilə təbrik etdi
Respublika və beynəlxalq olimpiadalar ölkənin bütün məktəblərini əhatə edən elm yarışıdır. Hazırda olimpiadalara maraq böyükdür. Son illərin təcrübəsi göstərir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu müsabiqələr ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Son illər azərbaycanlı şagirdlər iştirak etdikləri beynəlxalq olimpiadalardan böyük uğurlarla geri dönür. Hər biri uğurları ilə həm özünün, həm də təmsil etdiyi ölkənin parlaq gələcəyindən xəbər verir.COVİD-19 pandemiyası ilə əlaqədar onlayn keçirilmiş “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimiz böyük uğura imza atıblar. Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər. Bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə 3 qızıl, 9 gümüş və 12 bürünc medal əldə olunmuşdur.
7-12 avqust tarixlərində virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir.
Qeyd edək ki, qızıl medala layiq görülən Mətin Muradlı Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovun oğludur.
Sumqayıt Dövlət Universitetinin kollektivi olaraq “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimiz Mətin Muradlını, Asiman Ziyyədinovu, Sədiyar Qafarovu, Ranal Qurbanovu əldə etdikləri bu qalibiyyət münasibəti ilə təbrik edir, qaliblərin dosent Mahal Muradovun timsalında valideynlərinin və müəllimlərinin sevincinə şərik olub, xoş arzularımızı çatdırırıq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az