Əsas səhifə | Xəbərlər | Azərbaycan Texniki Universiteti (AzTU) Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulur
Azərbaycan Texniki Universiteti (AzTU) Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə start verdiyi yeni layihəyə qoşulur
Bildirmək istərdik ki, yeni tədris ilində AzTU-da “HUB 1887: İnnovasiya və Akselerasiya Mərkəzi” fəaliyyətə başlayacaq. 5 mərtəbədən ibarət binada fəaliyyəti nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələri ilə yanaşı, digər şəxslərin də startap və innovasiyayönümlü ideyalarının dəstəklənməsi nəzərdə tutulur. Startaplar elektronika, radiotexnika, mexatronika və robototexnika, biotexnika, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində avtomatika və İT həllərin işlənməsi sahəsi üzrə olacaq. Mərkəzin 1-ci mərtəbəsi inkubasiya, 2, 3 və 5-ci mərtəbələr inkubasiya mərhələsindən çıxmış startaplar üçün akselerasiya məqsədli olacaq, 4-cü mərtəbədə isə AzTU-nun tələbələrinin elmi-tədqiqat, fərdi inkişaf və təlim xarakterli yaradıcılıq mərkəzi yerləşəcək. Mərkəzə müraciət üçün AzTU-nun saytında xüsusi bölmə yaradılacaq. Qeyd: paylaşılan foto mərkəzin inkubasiya hissəsinin nəzərdə tutulan planıdır. Estafeti Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ötürürük.
Layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə (https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq, Facebook qrupuna qoşula bilərsiniz
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az