Əsas səhifə | Xəbərlər | Avstriya Səfirliyinin nümayəndəsi, elm üzrə əməkdaşı xanım Barbara Aigner Sumqayıt Dövlət Universitetində olub
Avstriya Səfirliyinin nümayəndəsi, elm üzrə əməkdaşı xanım Barbara Aigner Sumqayıt Dövlət Universitetində olub

Oktyabr  ayının 9-da Filologiya fakültəsinin 962-ci qrupunda  Xarici dil (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Təranə Cabbarova tərəfindən açıq dərs keçirildi və dərsə  Avstriya Səfirliyinin nümayəndəsi, elm  üzrə əməkdaşı xanım Barbara Aigner dəvət olunmuşdu.
Müasir təlim texnologiyaları və öyrədici filmin nümayişi ilə keçirilən açıq dərs  canlı, ünsiyyət xarakteri daşıyır, müasir alman dilinin söz ehtiyatının və qrammatikasının öyrənilməsinə yönəlmişdi. Oxuma, dinləmə, yazma və danışıq bacarığı – hamısı birlikdə dərs ərzində inkişaf etdirilirdi. Tələbənin analiz etmə qabiliyyəti, məntiqi düşüncəsi də bir sıra aktual sualları araşdırdıqda   inkişaf etmiş olur. Tələbələr bu dərsdə nəinki alman dilini öyrənirlər, həmçinin Almaniyanın tarixi və mədəniyyəti ilə tanış olur, film sayəsində dünyagörüşlərini də artırırlar.
Kafedranın səfirliklə qurduğu əməkdaşlıq sayəsində dəfələrlə keçirilmiş görüşün davamı olaraq, Xanım Barbara Aigner Avstriya səfiri xanım Meier Kaj-bicin adından dəvətə görə oz təşəkkürünü bildirərək,  Avstriya səfirinin dəstəyi ilə alman dilini tədris etmək üçün alman dili və ədəbiyyatına, ölkəşünaslığına dair yeni kitabları Universitetimizə təqdim etdi, eyni zamanda, Avstriyada təhsil almaq üçün təqaüd proqramları təklif  etdi.
Sonda Barbara Aigner və qeyd etdi ki,  sizin universitetlə əməkdaşlıq, bura gəlmək və alman dili dərsində iştirak etmək mənə böyük sevinc bəxş etdi. Dərsdə yüksək motivasiya və xoş abu-hava hiss olunurdu. Tələbələrin alman dili bilikləri əla idi, az bir müddətdə onların almanca sərbəst danışmalarına görə Sizi təbrik edirəm. Dərs zamanı mən tələbələrin alman dilinə olan böyük marağını gördüm. Ümid edirəm ki, gətirdiyim dərs vəsaitləri tələbələrin xeyrinə olacaq və bununla belə mənim vətənim Avstriya ilə daha yaxından tanış olacaqlar.
Açıq dərsdə həmçinin, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dos. Qafar Atayev, Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı, filologiya elmlər namizədi, dos. Sevinc Həmzəyeva, Xarici dil (humanitar fakültələr üzrə) kafedrasının müdiri, filologiya elmlər doktoru Nigar İsgəndərova, Xarici dil (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Mətanət Həmişəyeva, kafedranın baş laborantları Jalə Məmmədova, Lamiyə Əhmədova  iştirak edirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az