Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Bakı 2015 Avropa oyunlarına dəstək dostluq qrupu tələbələrlə görüşdü
Sumqayıt Dövlət Universitetində Bakı 2015 Avropa oyunlarına dəstək dostluq qrupu tələbələrlə görüşdü

Mayın 15-də Sumqayıt Dövlət Universitetində Bakı 2015 Avropa oyunlarına dəstək dostluq qrupu tələbələrlə görüşdü.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov açaraq bildirdi ki, bir çox sahələrdə olduğu kimi idman sahəsində də gerçəkləşdirilən dövlət siyasəti, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan, eyni zamanda dünyanın idman mərkəzlərindən biri olmuşdur.
Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək.
Prorektor çıxışında onu da vurğuladı ki, Avropa Oyunları üzrə Təşkilat Komitəsini sədri, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili  Mehriban xanım Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı sürətlə həyata keçirilən işlər dünya ictimaiyyəti tərəfindən  yüksək qiymətləndirilir. Biz də öz növbəmizdə, SDU-nun kollektivi olaraq bu tədbirdə fəal iştirak etməklə,  Avropa Olimpiya oyunlarında yüksək nailiyyətlər əldə etmək üçün potensial gücümüzdən  istifadə etməliyik.
Prorektor Nizami Namazov qeyd etdi ki,  universitetimizin 400 nəfər könüllü tələbələri oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər.  
Universitetin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Bakı 2015 Avropa oyunlarına dəstək dostluq qrupunun koordinatoru Nicat Müslümov, regionlar üzrə layihə rəhbəri Sevinc Əlizadə,  koordinator köməkçiləri Ruslan Həsənov, Dilarə Zamanova çıxış edərək söylədilər ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək maraqlı və innovativ yarışlar olacaq.  Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq imicini bir qədər də artıracaq, ölkəmizin sülh, barış, birgəyaşayış mesajlarını təkrar dünyaya çatdıracaq.
Sonda tələbələrin sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az