Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qarabağ Azərbaycandır!
Qarabağ Azərbaycandır!
Şanlı Ordumuzun işğalçı Ermənistana qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarını, hər gün qələbə ilə müşaiyyət olunan Vətən müharibəsini qürurla izləyirik. Uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik məharəti və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğuları ilə birgə həmrəylik, birlik tariximizdə yeni səhifə açmaqda , Azərbaycan ordusu tariximizin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır!
Sumqayıt Dövlət Universiteti olaraq torpaqlarımızın azad olunması uğrunda başlanmış savaşda dövlətimizin, Silahlı Qüvvələrimizin və Ali Baş Komandanımızın yanındayıq. Ali Baş Komandanın Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırııqlarını yerinə yetirməyə hazırıq. Əminik ki, Azərbaycan Ordusu düşmən üzərində bütünlüklə zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağın baş şəhərində Şuşada dalğalanacaqdır. Çünki Ali Baş Komandanımızın qeyd etdiyi kimi “Bizim işimiz haqq işidir!” “Qarabağ Azərbaycandır!”
Sumqayıt Dövlət Universitetinin tələbə heyəti tərəfindən hazırlanmış ordumuzun uğurlarını əks etdirən video-çarx da dediklərimizə əyani sübutdur!


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az