Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Psixologiya dərnəyinin yeni üzvləri ilə onlayn görüş keçirdi
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Psixologiya dərnəyinin yeni üzvləri ilə onlayn görüş keçirdi
Noyabrın 23-də Tələbə Gənclər Təşkilatı Psixologiya dərnəyinin yeni üzvləri ilə onlayn görüş keçirdi. Tədbiri giriş sözü ilə TGT Psixologiya dərnəyinin sədri Nəzrin Tağızadə açaraq, şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycan xalqı böyük qələbəni hamılıqla bayram edir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Nəzrin Tağızadə Tələbə Gənclər Təşkilatının fəaliyyətindən bəhs etdi. Bildirdi ki, SDU-da gənclərin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılmışdır. Pandemiya dövründə də TGT tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün günün tələbinə uyğun olaraq böyük işlər görür. Elə bu istiqamətdə təşkilat Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin tələbələri arasında onlayn formatda intellektual oyun keçirdi. Oyunda 7 fakültənin komandaları iştirak etdi. Bundan əlavə, universitetin tələbələri və müxtəlif fakültələrin müəllim heyəti tərəfindən “Evdə qal” kompaniyasına aid videoçarx çəkilmiş və sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin TGT, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü qoşularaq, fəaliyyətlərini onlayn formada davam etdirir, görüşlər təşkil edir. Təşkilatın üzvləri onlayn psixologiya dərnəyi, intellektual oyun, kitab klubu, ingilis dilində danışanlar klubu, rəsm klubu ilə keçirdikləri görüşlərlə birliklərini, əzmkarlıqlarını nümayiş etdirirlər. O cümlədən Tələbə Gənclər Təşkilatı universitetin portalında, on minllərlə izləyicisi olan “Facebook”, “Tvitter”, “Teleqram” və “WatsApp” qruplarında öz fəallığı ilə seçilmişdir. Bunlardan Məzun günü, Bilik Günü ilə əlaqədar videoçarxlar hazırlamış, ictimai tədbirlərdə onlayn formada iştirak etmiş və sertifikat qazanmışlar.
Sonra dərnək haqqında yeni üzvlərə geniş məlumat verildi və gələcək fəalliyətlə bağlı müzakirələr aparıldı, psixologiya ilə bağlı videoçarx izlənildi.
Görüşün sonunda TGT-nin fəaliyyət ilə bağlı geniş onlayn fikir mübadiləsi aparıldı, işlərinin genişləndirilməsinə dair bir sıra təkliflər səsləndirildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az