Əsas səhifə | Xəbərlər | “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans
“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan" Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirildi.
Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak etdilər.
Konfransda Sumqayıt Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti də iştirak etmişdir.
Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzuları müzakirə etmişdirlər.
Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə çıxış etdi.
Sonra təhsil eksperti Şahlar Əsgərov, Təhsil Şurasının sədri Əjdər Ağayev təhsil-media sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd etdilər. Onların fikrincə, mətbuat və media təlim-tərbiyədə mühüm rol oynayır və bu prosesin dialoq çərçivəsində öyrənilməsi vacib məsələdir.
Tədbirin davamında "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızının, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənildi.
Təlim-konfransda uğur qazanmış iştirakçılar, o cümlədən  Sumqayıt Dövlət Universiteti də sertifikatla təltif olundu. Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olundu.
Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az