Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Vətən müharibəsi qazisi ilə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi ilə SDU –nun TGT-nin birgə təşkilatçılığı ilə ZOOM platforması üzrə görüş keçirildi
Vətən müharibəsi qazisi ilə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi ilə SDU –nun TGT-nin birgə təşkilatçılığı ilə ZOOM platforması üzrə görüş keçirildi
Ölkəmizdə torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan vətən övladları daim diqqətdə saxlanılır, onlarla mütamadi olaraq görüşlər təşkil olunur.
Dekabrın 11-də Vətən müharibəsi qazisi, baş leytinant Pərvin Abdullayevlə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi və Sumqayıt Dövlət Universiteti (Tarix və coğrafiya fakültəsi) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən görüş keçirildi.
Əvvəlcə İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə SDU TGT-nin sədri, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin şura üzvü Tayfun Hacılı açaraq qonaqları və tələbələri salamladı, ölkəmizin əldə etdiyi qələbə münasibətilə təbrik etdi. Qeyd etdi ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü.
Sonra Vətən müharibəsi qazisi Pərvin Abdullayevə söz verildi. Pərvin Abdullayev görüş iştirakçılarını salamladı və görüşdə iştirak etdiyindən çox məmnun olduğunu bildirdi. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdirdilər. O, öz döyüş yoldaşlarının necə qəhrəmancasına vuruşduğunu və ordumuzun bu şücaətinin heç bir zaman Azərbaycan xalqının xatirəsindən silinməyəcəyini bildirdi. Pərvin Abdullayev qeyd etdi ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan geri qaytarıldı. Bu zəfər Azərbaycan əsgər və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanıldı. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkədir. Pərvin Abdullayev qazilərə və Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin təşəkkürünü bildirdi.
Daha sonra söz digər məruzəçilərə verildi. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakultəsinin müəllimi Jalə Fərhadova çıxış edərək bu gün çox böyük qürur hissi keçirdiyini vurğuladı. Bildirdi ki, Böyük zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, qəhrəman əsgər və zabitlərimizin hesabına reallaşdı. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. “Torpaqlarımızın azadlığı, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçən mərd oğulları – Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir”– deyə, Jalə Fərhadova qeyd etdi.
Məruzəçi Ayşən Əmrahova Azərbaycan Respublikasının vətəndaşı olmaqdan və Müzəffər Azərbaycan Ordusunun qalib əsgəri ilə görüşündən böyük qürur hissi keçirdiyini diqqətə çatdırdı.
Məruzəçi Tarix və coğrafiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Pərvin Aslanov çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin siyasi bacarığı, müdrikliyi, biliyi, onun dünya siyasətinin xüsusiyyətlərini incəliklərinə qədər bilməsi, nəhəng təşkilatçılıq qabiliyyəti Azərbaycanın səsini bütün dünyada ucaltdı, Azərbaycanın haqq səsi, onun öz ərazi bütövlüyünü qorumaq əzmi respublikamızın və onun Prezidentinin dünyada nüfuzunu artırdığını bildirdi.
Sonda qazi Pərvin Abdullayev Azərbaycan Ordusunu qələbəyə çatdıran döyüş təəssüratlarını bölüşdü, xatirələrini danışdı, görüşün təşkilatçılarına və məruzəçilərə öz təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az