Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU nümayəndələri Təhsil Nazirliyinin təşkil etdiyi Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin onlayn görüşündə iştirak etdi
SDU nümayəndələri Təhsil Nazirliyinin təşkil etdiyi Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin onlayn görüşündə iştirak etdi
Dekabrın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan ali təhsil müəssisələrində beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərlə onlayn görüşü keçirildi. Onlayn keçirilən görüşdə Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini icra edən Tural Əhmədov, müdir müavini İlqar Dadaşov, Əcnəbi tələblərlə iş sektorunun müdiri Mujdat Həsənov, mütəxəssislər: Günay Cəfərova, Həcər Kəlbiyeva, Elnarə Nəsirova, Keyfiyyət Təminatı Agentliyi, Elm və təhsil şöbəsinin əməkdaşları iştirak etdi.
Onlayn görüşün mövzusu “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsili” idi.
Görüşdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsili, əcnəbilərin təhsilinə diqqətin artırılması, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasından irəli gələn məsələlər və ali təhsil müəssələrinin beynəlxalq əməkdaşlığı, akkreditasiya və nostrifikasiya ilə bağlı zəruri məsələlər müzakirə edildi.
Qeyd olundu ki,ötən tədris ili ilə müqayisədə Azərbaycanda 2020–2021-ci tədris ilində Yaponiya, Svazilend, Mavritaniya, Lesoto, Malaziya, Avstriya, Küveyt, İtaliya, Braziliya, Əlcəzair ölkələrindən olan tələbələr təhsil almasa da, yeni tələbə qəbulu aparılmış ölkələr (Macarıstan, Malavi, Mərkəzi Afrika Respublikası, Ruanda, Venesuela) olmuşdur. Görüşdə bir sıra mühüm tədbirlər: Təhsil TV-nin dəstəyi ilə Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrin iştirakında “Views of foreign students on Armenia-Azerbaijan confilict” “Qarabağ Azərbaycandır!” mövzusu ilə bağlı videoreportaj hazırlanıb, sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə çatdırılması, Azərbaycan Televiziyasının dəstəyi ilə Vətən müharibəsi qələbəsi ilə bağlı əcnəbi tələbələrin iştirakı ilə videoreportaj hazırlanıb, TV və sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə çatdırılması, yerli təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin könüllülük prinsipi əsasında #KarabakhisAzerbaijan mövzusu ilə bağlı təbliğat işləri aparması və nəzərdə tutulan digər tədbirlərin əksəriyyətinin pandemiya şəraiti ilə əlaqədar reallaşdırıla bilməməsi diqqətə çatdırıldı. Son 3 ildə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunan əcnəbi vətəndaşların say dinamikasının təqdimatı iştirakçılara çatdırıldı.
Onlayn görüşdə 64 nəfərdən çox şəxsdən ibarət nümayəndə heyəti iştirak edirdi. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələblər şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdilər.
Görüşün sonunda iştirakçıların sualları Təhsil Nazirliyinin nümayəndələri tərəfindən cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az