Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun şəhid olmuş tələbə və məzunları “Vətən uğrunda” medalı ilə təltif olundular
SDU-nun şəhid olmuş tələbə və məzunları “Vətən uğrunda” medalı ilə təltif olundular
Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir!
Bu gün işğaldan azad olunan torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanır. Dekabrın 10 - da Qələbə Paradı keçirildi! Azadlıq meydanı Qələbənin rəmzi kimi üçrəngli, hilallı, ulduzlu bayrağımızla süsləndi! Səmada Azərbaycan şahinləri pərvaza etdi! Azərbaycanın Müzəffər Ordusu, qəhrəman, igid Əsgəri sıra ilə, səf – səf keçdi! Müzəffər Ali Baş Komandana salam verdi! Xəzərin üzərindən fəxarətlə göylərin ənginliklərinə şığıyan Azərbaycan şahinləri qələbə müjdəsini hayqırdılar bütün dünyaya. Azadlıq meydanı hələ bu günə qədər belə bir təntənəyə şahidlik etməmiş, belə sevinməmişdi. Bu bizim bütün müstəqillik illərində, milli dövlətçilik tariximizdə, həm də Vətən Müharibəsində ilk Qələbə Paradımız oldu! Bu il faşizm üzərində qələbənin 75 illiyidir. Bu il tarixə həm də erməni faşizmi üzərində qələbə ili kimi daxil olacaq.
Müharibə başlayanda Siz dediniz: “Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” Dediniz,dediyinizi də etdiniz. Müzəffər Ali Baş Komandan! Müzəffər Azərbaycan Ordusu! Qüdrətli Azərbaycan xalqı! ifadəsini tarixə yazdınız! Tarixi ədaləti bərpa etdiniz! "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin Azadlıq meydanında Zəfər paradında bəyan etdiyi kimi, hər birimiz bu möhtəşəm anlara şahidlik etdik, Vətəni canlarından çox sevən qəhrəmanlarımızın torpaqlarımızın hər qarışı uğrunda çarpışaraq Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandırdıqları müqəddəs bayraqlarımızı görüb fəxarət hissi keçirdik.Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Azərbaycan dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident cənab İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: "...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik!”
Bu dəmir yumruq ətrafında birləşən gənclər Aprel döyüşlərində qazanılmış qələbənin davamını gətirdilər. Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir. Müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən Sumqayıt Dövlət Universitetinin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşuldular. Tələbələrimiz əsgərlərimizin yanında olduqlarını nümayiş etdirmək üçün universitetin həyətində ordumuza dəstək mitinqi keçirdilər. Aprel döyüşlərində universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhid olan məzunumuzun xatirəsi universitet əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulur, onun qəhrəmanlığı gələcək nəslə nümunə kimi təbliğ olunur. Şəhidlərimiz bizim qürurumuz və fəxrimizdir. Xalqımız bu tarixi qürurla anır. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri Azərbaycanın şanlı tarixidir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək". Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət bərpa olundu.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq xoşbəxtik ki, tarixi yazanların sırasında bizim də yetirmələrimiz var. Şəhid kimi, Qazi kimi! Biz gedəriyik, onlar isə əbədidir!
Bu gün Kəlbəcərdə, Laçında, Şuşada qarı, buzu yarıb səngərlərə sipər olan qazilərimizin, igidlərimizin sırasında yetirmələrimizi görmək, sosial şəbəkələrdən, internet mediadan onların səsini, xoş sözünü, qələbə müjdəsini eşitmək insanda bir başqa ovqat yaradır. Bu o deməkdir ki, biz, doğrudan da, təkcə müəllim, mühəndis, tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Şəhid olmuş tələbə və məzunlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olundular. Bu Müzəffər Ali Baş Komandanın“Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan əsgərinə etiramın nümunəsidir!
Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir!
1. Seyfəddin Balağayev
2. Orxan Teymurlu
3. Hüseyn Soltanov
4. Təhmasib Qarayev
5. Rəşad Mikayılzadə
6. Leytenant Ətraf Qənimətov
7. LeytenanTural Aslanov
8. Elgün Quliyev
9. Kənan Müzəffərli
Kimi igidlərlə indi təkcə biz- Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti deyil, ölkəmiz,xalqımız fəxr edir!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!
Eşq olsun, igid, mübariz, fədakar, qəhrəman Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az