Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektoru Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru seçildi
Sumqayıt Dövlət Universitetinin rektoru Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru seçildi
Dekabrın 18-də Sumqayıt Dövlət Universiteti (SDU) ilə Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) arasında Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunmuş telekörpü keçirildi.
UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin tədbiri açaraq, Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri SDU-nun rektoru professor Elxan Hüseynovu və telekörpü iştirakçılarını salamladı, Azərbaycan Respublikası (AR) ilə Rusiya Federasiyası (RF) arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, öz ölkəsində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışdı, əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynova UDNTU-nun Fəxri professoru adı verildiyi elan olundu.
Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri SDU-nun rektoru professor Elxan Hüseynov öz növbəsində tədbir iştirakçılarını salamladı və UDNTU-nun rektoru O.A.Baulini rektor vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. AR ilə RF arasında bütün sahələrdə əlaqələrin bir nümunə olduğunu bildirdi. Professor Elxan Hüseynov UDNTU-nun Fəxri professoru adına layiq görülməsindən məmnunluğunu ifadə etdi və fəxri ada görə təşəkkür etdi. Bundan sonra da Rusiya və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını bildirdi. Elxan Hüseynova Fəxri professor diplomu, medal və mantiya onlayn təqdim olundu.
Qeyd edək ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinə üyğun olaraq, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynovun rəhbərliyi aıtında SDU-nun rəhbər işçiləri, professor-müəllim heyəti, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olmuş, elmi konfranslarda, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, tələbə forumlarında iştirak etmişlər. Eyni zamanda UDNTU-nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak etmiş, elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq hər iki universitetin elmi jurnallarında nəşr olunmuşdur. Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə 14–21 iyul 2019-cu il tarixlərində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etmişdir. Burada RF və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak etmişdi. “Yay məktəbi” çərçivəsində tələbələr müxtəlif seminar, görüşlər, dəyirmi masa, əlverişli turizm məkanlarına ekskursiyada iştirak etdilər, ölkəmizin təbiəti, tarixi-memarlıq abidələri, milli mətbəxi ilə tanış oldular. 5 il ərzində keçirilmiş tədbirlər Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində böyük təkan olmuş, bir sıra mühüm məsələlər müzakirə edilmiş, müxtəlif mövzularda diskussiyalar aparılmış və təhsil sahəsində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində birgə razılığa gəlinmişdir.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az