Əsas səhifə | Xəbərlər | TEMPUS layihəsi ilə bağlı seminar keçirildi
TEMPUS layihəsi ilə bağlı seminar keçirildi

SDU-da 543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR   “Əlillərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı layihə ilə bağlı seminar keçirildi. 
Seminarda Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Psixologiya və pedaqoqika kafedrasının müdiri, dosent Tariyel Məmmədov və universitetin digər əməkdaşları iştirak etdilər.
Seminarda Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri, dosent Turqay Hüseynov  2013-cü ildən başlayan layihə çərçivəsində görülən işlər barəsində məlumat verdi. Bildirdi ki, Azərbaycanda yaşayan fiziki qüsurlu görmə, eşitmə məhdudiyyətli insanların təhsilə cəlb olunması prosesində bir sıra çətinliklər vardır, belə insanların təhsili ilə bağlı yaranan problemlərin həllinə çalışılmalı və onların cəmiyyətdə layiqli yer tutmaları və eyni zamanda, onların cəmiyyətə lazımlı insanlar olmasında köməklik göstərilməlidir. Bu baxımdan layihənin böyük önəmi vardır.
Dosent Turqay Hüseynov bildirdi ki, layihə çərçivəsində fəaliyyət göstərəcək mərkəz lazım olan bütün avadanlıqla təmin olunacaq, bu da təhsil alacaq və almaqda olan tələbələr üçün əlverişli imkan yaradacaq.
Sonda layihə haqqında çıxış edən Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov layihə çərçivəsində Avropa universitetlərində  keçirilən görüşlərdə əldə olunan nəticələr və inklüziv təhsillə bağlı tətbiq olunan təcrübə barəsində fikirlərini bölüşdü. Vurğuladı ki, belə seminarın keçirilməsi fiziki qüsurları olan tələbələrin SDU-da təhsil almaları üçün informasiyaların artırılmasında böyük rol oynayacaqdır.
Seminarda  mövzuya dair verilən suallar cavablandırıldı və təkliflər dinlənildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az