Əsas səhifə | Xəbərlər | İmtahanlar davam edir
İmtahanlar davam edir
Sumqayıt Dövlət Universitetində və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində 2020–2021-ci tədris ilinin payız semestrinin 11 yanvar tarixində başlayan onlayn imtahan sessiyası davam edir. Yanvarın 18-də universitetin rektoru, prorektorlar və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva imtahanların gedişini izlədilər. 2020–2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası universitetin Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalara əsasən, “Microsoft Teams” proqramı vasitəsilə onlayn formada şifahi şəkildə təşkil olunur. Qeyd edək ki, COVID–19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2 mart 2020-ci il tarixindən etibarən distant formada keçirilir. SDU-da cari tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Ali təhsil müəssisəsində xüsusi karantin rejiminin tələbləri və məsafədən tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb. COVID–19 pandemiyasının tədrisdə yaratdığı çətinliklər, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər, cəbhə bölgəsində yaşayan, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələr nəzərə alınaraq onlar üçün güzəştlər tətbiq edilib. Sumqayıt Dövlət Universitetində imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmovanın rəhbərliyi ilə 8 nəfərdən ibarət apelyasiya komissiyası, distant (məsafədən) formada keçirilən imtahan prosesində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovun rəhbərliyi ilə 14 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır. Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva bildirdi ki, kollecdə 2020–2021-ci tədris ilinin payız semestrinin 11 yanvar tarixində başlayan onlayn imtahan sessiyası “Microsoft teams” proqramı vasitəsilə keçirilir. İmtahan cədvəlləri təsdiq olunaraq “teams”da yerləşdirilmişdir. Koordinatorlar təyin olunmuşdur. Baş verə biləcək neqativ hal və narazıçılıq üçün kollec üzrə müvafiq əmrlə imtahan qərargahı yaradılmışdır. Tələbələr imtahan suallarının yalnız tədris olunmuş mövzular əsasında tərtib olunduğunu bildirdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az