Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndələri şəhid ailələrini ziyarət etməkdə davam edir
SDU-nun nümayəndələri şəhid ailələrini ziyarət etməkdə davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi yüksək qayğının təzahürüdür ki, hər yerdə bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid ailələrini ziyarət edir, ailələrə hörmət və ehtiram göstərilir. SDU-nun nümayəndələri şəhid ailələrini ziyarətə davam edir. SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov və Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov universitet əməkdaşlarının Vətən müharibəsində şəhid olan yaxınlarını ziyarət edirlər. Yanvarın 27-də SDU-nun Fizika və elektroenergetika fakültəsinin tütoru İlhamə Qüdrətlinin xalası oğlu şəhid Emil Əziz oğlu Əliyevin ailəsini ziyarət etdilər, qayğıları ilə maraqlandılar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən prorektor dosent Ramiz Hüseynov qeyd etdi ki, şəhid ailələrinə dövlət qayğısı, dövlət dəstəyi böyükdür. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dövlət siyasətin əsas istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndən sonra şəhid ailələrinin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul olunmasını təmin etmişdir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və sıravi vətəndaş üçün örnəkdir. Şəhid ailələrinin mənzillə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin, torpaq sahələrinin, müavinət, pensiya və Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı atılan addımlar dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Lakin onların diqqətdə saxlanması həm də bizim vətəndaşlıq borcumuzdur və hər birimiz bacardığımız qədər ərazi bütövlüyümüz uğrunda canından, qanından keçən qəhrəmanlarımızın ailələrinin, sağlamlığını itirmiş igidlərimizin yanında olmalı, mənəvi dəstəyimizi əsirgəməməliyik. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun təşəbbüsü ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir. Söhbət zamanı şəhid Emil Əliyevin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya və universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, Şanlı Qələbəmiz bizim güclü iradəmizi, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. İgidlərimizin şücaəti və şəhidlərimizin müqəddəs qanı bahasına biz bu qələbəni qazandıq. Emil Əliyev 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş, Vətən müharibəsi başlayandan döyüşmüş, oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az