Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Heydər Əliyev irsini öyrənirlər
Tələbələrimiz Heydər Əliyev irsini öyrənirlər

Mayın  22-də  SDU-nun Heydər Əliyev Mərkəzində  Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş  seminar keçirildi.
Seminarda Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan tarixində özünəməxsus yeri olan, müasir dövlətçiliyin banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəqillik mübarizəsində göstərdiyi misilsiz xidmətlərə toxunaraq qeyd etdi ki, ulu öndərin bu şərəfli missiyası hələ onun təhlükəsizlik orqanlarında çalışdığı dövrlərdən başlamışdır.
Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdən onun iqtisadi potensialını artırmaq, sənaye infrastrukturunu modernləşdirmək, kənd təsərrüfatını inkişaf etdirməklə yanaşı, ən qiymətli sərvəti olan intellektual kapitalının artırılması istiqamətində misilsiz işlər görmüşdür. Bu gün onun 1969- 82-ci illərdə həyata keçirdiyi əzəmətli işləri təhlil edəndə bir daha əmin olursan ki, bu dahi özünün fəhmi, uzaqgörənliyi və iti zəkası sayəsində Azərbaycanın bugünkü müstəqilliyini görmüş və ölkəni ona hazırlamışdır.
Professor XX əsrin sonunda yenidən müstəqillik qazanmış, ancaq idarəçiliyi naşı əllərdə olan Azərbaycanın məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın yenidən bu böyük Vətəndaşa üz tutduğunu və Heydər Əliyevin 1993-cü ildən başlayan xilaskarlıq missiyasının müxtəlif məqamlarını tələbələrin diqqətinə çatdırdı və bildirdi ki, bu şərəfli missiya Vətənimizi dünya dövlətlərinin sırasına çıxarmağa xidmətin misilsiz nümunəsidir. 
Adil Baxşəliyev məruzəsinin sonunda bildirdi ki, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik siyasətini çox böyük uğurla davam etdirən və onu keyfiyyətcə yeni mərhələyə qaldıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti əyani şəkildə göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, reallaşır.
Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov vurğuladı ki,  siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. 
Professor qeyd etdi ki, dahi şəxsiyyət Heydər Əliyevin ideya-nəzəri irsi bugünkü və gələcək nəsillər üçün zəngin xəzinədir. 
Tarix və coğrafiya fakültəsinin əməkdaşı Şəhla Əhmədova, SDU-nun YAP Gənclər təşkilatının sədri Səma Əsədova, Ritorika Universal Klubunun rəhbəri Arzu Nəbizadə ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsindən danışdılar, ulu öndərimizin siyasi irsinin dərindən öyrənilməsinin zəruriliyini vurğuladılar.
Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul edilən Tarix və coğrafiya fakültəsinin gənc tələbələrinə vəsiqələr təqdim olundu.
Sonda ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olundu.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az