Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+ EQAC layihəsi çərçivəsində menecerlərin növbəti onlayn görüşü keçirildi
ERASMUS+ EQAC layihəsi çərçivəsində menecerlərin növbəti onlayn görüşü keçirildi

Yanvarın 21-də Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS + EQAC (Azərbaycan universitetlərində Keyfiyyət –Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində menecerlərin növbəti onlayn görüşü keçirildi. Görüşün məqsədi ERASMUS+2021 çağırışı üçün hazırlanacaq birgə layihələrin ətraflı müzakirəsi idi. Onlayn görüş Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Eşqin Bayramovun moderatorluğu ilə keçirilmişdir. Görüşün əsas mövzuları QMS (Quality Management System-Keyfiyyətin İdarə edilməsi Sistemi) modeli, universitetlərin daxili keyfiyyət təminatı sisteminin müzakirəsi, pandemiya səbəbindən təxirə düşmüş Litva səfərinin təlimlərinin onlayn qaydada keçirlməsi və layihənin təşviqinə, davamlılığına dair məsələlər olmuşdur. Standartların əsasında Rəhbər Kitabçanın (Manual) hazırlanmasında qrup rəhbərləri ilə birgə iş əsas yer tuturdu. SDU-nun layihə heyəti Naxçıvan Universiteti ilə bir qrupda çalışır, qrup rəhbəri İspaniyanın Alikante Universtetinin dosenti Denis Galvindir. Məlumat üçün keyfiyyət təminatı üzrə 10 standartı nəzərinizə çatdırırıq: 1. Keyfiyyət təminatı sistemi; 2. Proqramların tərtib olunması; 3. Tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə; 4.Tələbələrin qəbulu; 5. Müəllim heyəti; 6. Təhsil resursları və tələbələrə dəstək; 7. Məlumatın idarə olunması; 8. İctimaiyyət üçün informasiya; 9. Proqramların daimi monitorinqi; 10. Dövri olaraq xarici keyfiyyət təminatı. Görüşdə tərəfdaş universitetlərin: Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin layihə üzrə nümayəndəlikləri – menecerləri iştirak etdilər. EQAC layihəsinin Sumqayıt Dövlət Universiteti tərəfindən meneceri Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova görüşdə iştirak etdi.

 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az