Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız British Council təşkilatı Türkiyə nümayəndəliyinin vebinarında iştirak etdilər
Əməkdaşlarımız British Council təşkilatı Türkiyə nümayəndəliyinin vebinarında iştirak etdilər
Fevralın 3-də Türkiyədəki British Council təşkilatının təşkilatçılığı ilə, Türkiyə ilə İngiltərə arasındakı milli və institusional ali təhsil münasibətlərini müzakirə etmək üçün Türkiyə Ali Təhsil məsələləri üzrə vebinar seriyasının üçüncü iclası keçirilmişdir. Həm Türkiyədən, həm də İngiltərədən olan həmkarlarla əlaqə qurmaq və peşəkar təcrübəni bölüşmək üçün təşkil olununan vebinarın mövzusu “İngiltərə–Türkiyə Ali Təhsil Tərəfdaşlığının gücləndirilməsi: gələcəyin perspektivləri” idi.
Vebinarın moderatoru British Council Türkiyə təhsil təşkilatının direktoru Ayşen Güven, çıxışçılar: Surrey Universitetindən (Böyük Britaniya) prof. Rachel Brooks, İstanbul Aydın Universitetinin (Türkiyə) Qlobal təhsil və tərəfdaşlıq üzrə direktoru Ayşe Deniz Özkan, Beykoz Universitetinin (Türkiyə) professoru Armağan Erdoğan, Coventry Universitetinin (Böyük Britaniya) Beynəlxalq Tərəfdaşlıq şöbəsinin direktoru Pete Richards mövzu ilə bağlı təqdimatlarla çıxış etdilər.
Vebinarda Böyük Britaniya və Türkiyə ali təhsil məkanında sıx əlaqələrin yaradılması haqqında sualların əks olunduğu sorğu keçirildi. İştirakçılar sorğunu cavablandırdıqdan sonra nəticələr barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda vebinarın gedişatı zamanı dinləyicilərin interaktiv ünsiyyətinə şərait yaradılaraq, onların sualları cavablandırıldı. Sorğunun nəticələri bir daha deməyə əsas verir ki, Qloballaşma dünyanın hər yerindəki ali təhsildə milli və institusional tərəfdaşlıqlara yeni bir ölçü gətirir. Böyük Britaniyanın ali təhsil sektorunda mövcud təcrübələr 207 ali təhsil müəssisəsindən ibarət olan Türkiyə ali təhsil sektoru üçün də prioritetdir.
Sonda British Council təşkilatının Türkiyə nümayəndəliyinin direktoru Ayşen Güven belə vebinarların davamlı olaraq təşkil olunacağını bildirdi.
Vebinarda Sumqayıt Dövlət Universitetdən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Xəyalə Mürsəliyeva, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva, Tədris Metodik Mərkəzin metodisti Sədaqət Fətullayeva, İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Murad Hüseynli iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az