Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri maliyyə savadlılığına dair onlayn formatda təşkil olunan seminarda iştirak etdilər
SDU-nun müəllim və tələbələri maliyyə savadlılığına dair onlayn formatda təşkil olunan seminarda iştirak etdilər
Mərkəzi Bankın təşkilatçılığı və təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” nin “ Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası üzrə Təfsilatlı Tədbirlər Planının 4.1.1-ci yarımbəndində “Qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün 2020-ci ilin ikinci yarımillik ərzində “Orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması” ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərin nəticələrinin dayanıqlılığını təmin etmək üçün Sumqayıt Dövlət Universitetinin 100 nəfər müəllim və tələbəsi üçün 26 yanvar 2021-ci il tarixində “Rəqəmsal ödənişlərin üstünlükləri”, 29 yanvar 2021-ci il tarixində isə “Sığorta” mövzusunda, 28 yanvar 2021-ci il tarixində isə Bakı Musiqi Akademiyasının 124 tələbə və əməkdaşı üçün “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzusunda təlimlər keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az