Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti onlayn formatda iclası keçirildi
SDU-da Elmi Şuranın növbəti onlayn formatda iclası keçirildi
Fevralın 10-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn formatda iclası keçirildi.Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin tədris və elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından danışdı.
Rektor onu da diqqətə çatdırdı ki , 65 yaşdan yuxarı vətəndaşların vaksinasiya prosesinə başlanılıb. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin bütün ali məktəblərin rektorları ilə onlayn formatda iclası keçirildi. Rektor bu məsələni ciddi nəzarətdə saxlanılmasını bütün struktur rəhbərlərinə tövsiyə etdi. Qeyd etdi ki, universitet üzrə Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov hər gün vaksinasiya ilə bağlı məlumat verməli, həmçinin həftəlik məlumatı Təhsil Nazirliyinə təqdim etməlidir.
2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə bakalavriat üzrə Tədris Metodiki Mərkəzin direktoru baş müəllim Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlarını diqqətə çatdırdılar. SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva imtahanların təşkili,keçrilməsi və nəticələri barədə məlumat verərək bildirdi ki, kollecdə yaz semestrinin imtahanları onlayn formatda müvafiq təlimatlara uyğun həyata keçirildi.
2021-2025-ci illər üzrə SDU-da yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planının təsdiqi barədə Elmi hissənin müdiri dosent Samir Orucov məlumat verdi.Qeyd etdi ki, SDU -da 2021-2015-ci illərdə 42 problem,41 mövzu və 390 iş üzrə elmi-tədqiqat işləri aparılacaq. Aparılan müzakirələrdən sonra Elmi- tədqiqat işlərinin 5 illik planı təsdiq edildi.
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetində keçiriləcək tədbirlər haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ətraflı məruzə ilə çıxış etdi və tədbirlər planı təsdiq olundu.
Xüsusi karantin rejimi dövründə SDU-da Dissertasiya Şuralarının fəaliyyətinin təşkili barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27.12.2019-cu il tarixli (protokol 14-R) qərarı ilə SDU-nun nəzdində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün hər birində 2 ixtisas olmaqla 3 dissertasiya şuraları:FD 2.23- Dissertasiya şurası (2306.01- “Üzvi kimya, 2314.01- “Neft kimyası” ixtisasları üzrə), FD 2.24 Dissertasiya şurası (5706.01- “Azərbaycan dili”, 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə) və FD 2.25 - Dissertasiya şurası (3337.01- “İnformasiya-ölçmə və idarəeetmə sistemləri”, 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə) yaradılmışdır. Prorektor qeyd olunan Dissertasiya Şuralarının fəaliyyətinin xüsusi karantin rejimi dövründə təşkili barədə geniş məlumat verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Bildirdi ki, Elmi Şuraya 4 tədris vəsaiti daxil olub. Onlardan 2-si dərs vəsaiti və 2-si fənn proqramıdır.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.Bununla Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az