Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatının sədri “İlin Tələbə Gənclər Təşkilatı sədri” adına layiq görüldü
SDU-nun Tələbə Gənclər Təşkilatının sədri “İlin Tələbə Gənclər Təşkilatı sədri” adına layiq görüldü
Fevralın 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində “İlin Tələbə Gənclər Təşkilatı” mükafatının təqdimetmə mərasimi keçirildi. TGT sədrləri fəxri ad və Fəxri Fərmanlarla təltif olundular.
SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı “İlin Tələbə Gənclər Təşkilatı sədri” adına layiq görüldü. İttifaq sədri Pərviz Mirələmli SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılıya mükafatı təqdim etdi.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Dəmir Yumruq, Dəmir Gənclik” adlı onlayn tədbirdə elan edilib. Həmçinin SDU-nun Tələbə Gənclər Təşkilatının 28 gənci Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətləri üzrə ATGTİ tərəfindən mükafatlandırılmışdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az