Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ikinci semestrin dərsləri başladı
SDU-da ikinci semestrin dərsləri başladı
Bütün ali təhsil müəssisələrində olduğu kimi Sumqayıt Dövlət Universitetində də növbəti semestrdə tədris prosesi onlayn formada təşkil olunub.
Təhsil Nazirinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsilalanların fiziki iştirakını tələb edən fənlərin tədrisinin ənənəvi formada bərpa olunması mümkün hesab edildiyi üçün Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin böyük əksəriyyətinin bölgələrdə yaşadığını nəzərə alaraq göstərilən fənlərin tədrisinin mərhələli şəkildə (onlayn və ənənəvi) keçirilməsini təşkil edir.
Tədrisi əyani formada nəzərdə tutulan laboratoriya dərslərinin nəzəri hissəsi yaz semestrinin sonuna kimi onlayn formada keçiriləcək ,tələbələr laboratoriya işləri ilə bağlı nəzəri biliklərə yiyələnəcəklər.
May ayı ərzində növbəlilik prinsipi gözlənilməklə tələbələr ixtisaslar üzrə laboratoriya işlərini universitetdə gücləndirilmiş və ənənəvi qaydada yerinə yetirəcəklər.Qrafikə uyğun olaraq laboratoriya dərsləri birinci kurslar 1-10 may, ikinci kurslar 11-20 may, üçüncü kurslarda isə 21-30 may tarixlərində həyata keçiriləcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az