Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru peyvənd olundu
SDU-nun rektoru peyvənd olundu
Yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Artıq bu prosesin yeni – vaksinasiya mərhələsi başlamışdır. Əlbəttə ki, Azərbaycan dövləti də həmişə olduğu kimi, insanların sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görür.
Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz həm də bölgədə ilk sırada dayanan dövlətlərdən biridir. “Azərbaycan Respublikasında COVID–19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 9-dan Sumqayıt Dövlət Universitetinin 65 yaşdan yuxarı əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb. Bu haqda məlumat SDU-nun rəsmi internet portalında verilmiş və hər üç tədris binasının foyesində məlumatlandırıcı lövhələr asılmışdır. Artıq universitetin 65 yaşdan yuxarı əməkdaşlarının əksəriyyəti vaksinasiya prosesindən keçib. Bu gündən isə ölkədə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Bu kateqoriyadan olan universitet əməkdaşları vaksinasiya prosesinə qatılıblar.
Fevralın 17-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar: Natiq Talıbov və Ramiz Hüseynov COVID–19 əleyhinə peyvənd olundular. Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının vaksinasiya prosesi uğurla davam edir.
Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az