Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektorları Qazi ailələrini ziyarət etdilər
SDU-nun prorektorları Qazi ailələrini ziyarət etdilər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başlatdığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları uğurla başa çatdı və Azərbaycan tarixi Qələbəyə imza atdı. Şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında göstərdikləri şücaətlə Prezident cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!” şüarını əldə rəhbər tutaraq, torpaqlarımızın yağı düşməndən azad olunması üçün ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmaqdan bir an belə çəkinmədilər. Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin şəhidi kimi, qazisi kimi adlarını tarixə yazdılar. Tarixi ədalətin bərpa olunmasında son damla qanlarına kimi vuruşaraq torpaq uğrunda canlarından keçən Vətən oğullarının xatirəsini əziz tutmaq, onların ailələrinə qayğı göstərmək, sahib çıxmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun təşəbbüsü ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid və qazi ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir. Fevralın 19-da SDU-nun prorektorları növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin – Ziya Rzayev, Ayaz Sadiqov və Anar Əsədovun ailələrində oldular, onların qayğıları, səhhəti ilə maraqlandılar, rektor professor Elxan Hüseynovun salamlarını çatdırdılar və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan müzəffər Azərbaycan Ordusunun qəhrəman hərbi qulluqçularının keçdikləri şərəfli döyüş yolundan danışdılar. Şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olduğumuzu diqqətə çatdırdılar. Qazilər və onların ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az