Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+ EQAC layihəsi çərçivəsində növbəti idarəetmə görüşü keçirildi
ERASMUS+ EQAC layihəsi çərçivəsində növbəti idarəetmə görüşü keçirildi
Fevralın 16-da Bakı Biznes Universitetinin koordinasiya etdiyi, Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+ EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində menecerlərin növbəti onlayn formatda görüşü baş tutdu.
Onlayn görüş Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Gülşən Bayramovanın moderatorluğu ilə keçirildi. Layihənin Avropa tərəfdaşlarından Middlesex Universitetindən (Böyük Britaniya) dos. George Dafaulas, Mikolos Rameyros Universitetindən (Litva) doktor Alvidas, Kral Texnologiya İnstitutundan (İsveç) doktor Viktor Kordos iştirak etdilər.
Görüşün əsas məqsədi QMS (Quality Management System-Keyfiyyətin İdarə edilməsi Sistemi) modeli, universitetlərin daxili keyfiyyət təminatı sistemi, pandemiya səbəbindən iş planında baş verən dəyişikliklər, onlayn qaydada təlimlərin keçirilməsi, layihənin təşviqinə və davamlılığına dair məsələlərin müzakirəsi olmuşdur.
Görüşdə yerli tərəfdaş universitetlərin-Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizim və Menecment Universiteti layihə üzrə nümayəndələri iştirak etdilər. EQAC layihəsinin Sumqayıt Dövlət Universitetindən meneceri Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova görüşdə iştirak etmişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az