Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi görüşdə SDU-nun Karyera mərkəzinin rəhbəri iştirak etdi
Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi görüşdə SDU-nun Karyera mərkəzinin rəhbəri iştirak etdi
Fevralın 11-də Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı şöbəsinin sədri Fuad Mehdizadənin rəhbərliyi ilə Respublikada fəaliyyət göstərən karyera mərkəzlərinin rəhbərləri ilə onlayn formatda görüş keçirilmişdir.
İclasda Karyera mərkəzləri şurasının təşəbbüs qrupu yaradıldı. SDU-dan karyera mərkəzinin müdiri dos. Əmirxan İsayev, ATMU-dan Aida Bayramova, UNEC-dən Ramil Cabbarov, BDU-dan İlkin Şərifov, AU-dan Fəxrəddin Abdullayev, ADA-dan Təranə Aslanova, ADNSU-dan Şahin Göyüşov, ADPU-dan Könül Əsgərova təşəbbüs qrupunun tərkibinə təsdiq edilmişdir.
Fevralın 19-da Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndəsinin təşəbbüs qrupunun üzvüləri ilə onlayn görüşü keçirildi. Dövlət Məşğulluq Agentliliyini təmsil edən Lalə Rəsulova Şuranın yaradılması, fəaliyyət istiqamətləri,Şuranın idarəçiliyi, Şura üzvlərinin səlahiyyətləri və öhdəlikləri və s. haqqında ətraflı məlumat verdi. DMA tərəfindən universitet karyera mərkəzlərinin ortaq fəaliyyətinin təmin edilməsi, birgə layihələrin reallaşdırılması və gündəmdə olan problemlərin həllinə adekvat yanaşmaq üçün yeni şura haqqında danışdı.
Sumqayıt Dövlət Universitetinin Karyera mərkəzinin müdiri dosent Əmirxan İsayev çıxış edərək, şuranın yaradılmasının məzunların karyera qurması və planlaşdırılmasında mühüm işlərdən biri olacağını bildirdi. Dövrün tələblərinə uyğunlaşmaq və birgə əməkdaşlıq etmək üçün yeni yaradılmış bu platformanın vacibliyindən bəhs etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az