Əsas səhifə | Xəbərlər | SDU-nun professoru Rusiya universitetində mühazirə oxudu
SDU-nun professoru Rusiya universitetində mühazirə oxudu
Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən Sumqayıt Dövlət Universiteti bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli rol oynayır. Universitet Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Avstriya, İsveç, Litva, Macarıstan, İspaniya, Polşa, Ukrayna, İsrail, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə iki və çoxtərəfli müqavilələr və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir. Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının üzvü, Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədridir.
Bu uğurlar fonunda fevralın 24-də Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev Rusiya Federasiyası Şimali Qafqaz Federal Universitetinin Texnologiya İnstitutunun Kimya texnologiyası ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Katalitik proseslər” mövzusunda onlayn mühazirə oxudu. Professorun ümumi kimya texnologiyası fənninin bir fəsli olan, elm və texnikanın bu sahədə son və müasir nailiyyətlərini özündə cəmləşdirən mühazirəsi tələbələrin böyük marağına səbəb oldu.
Sonda Kimya texnologiyası və kimya istehsalının maşın və aparatları kafedrasının müdiri dosent Pavlenko Yelena Nikolayevna maraqlı mühazirə üçün professor Əkbər Ağayevə ali məktəbin rəhbərliyi və tələbələr adından minnətdarlığını bildirdi. Qeyd etdi ki, Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının üzvi olan RF ŞQFU-nun tələbələri bu gün də Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının təşəbbüsü və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə SDU-də keçirilmiş “Odlar yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinin xoş təssüratları ilə yaşayır, ali məktəblər arasında təhsil və elm sahəsində nəzərdə tutulmuş birgə layihələr çərçivəsində tədbirlərdə, hər iki universitetdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda tələbələr, magistrantlarər, dissertantlar, professor və müəllimlər qarşılıqlı olaraq aktiv iştirak edirlər.
Onlayn formatda keçirilən tədbirdə əlaqələrin gələcəkdə daha da genişləndirilməsi, digər sahələrdə də məharət dərslərinin davam etdirilməsininin vacibliyi vurğulandı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az