Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Creative Spark layihəsi çərçivəsində növbəti vebinarda iştirak etdilər
Tələbələrimiz Creative Spark layihəsi çərçivəsində növbəti vebinarda iştirak etdilər
Fevralın 23-də Xəzər Universiteti və Middlesex Universitetinin (İngiltərə) birgə Creative Spark layihəsi çərçivəsində 3-cü silsilə vebinar keçirildi. İngiltərədə fəaliyyət göstərən Diverse School Travel kompaniyasının təsisçisi və direktoru, eyni zamanda Educational Travel şirkətinin mütəxəssisi Aygün Gardinerin spikerliyi ilə “Sahibkarlıqda qadınlar: çətinliklər və imkanlar” adlı virtual seminar keçirildi. Tədbirdə Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Creative Spark layihəsi çərçivəsində keçirilən silsilə seminarların məqsəd və önəmindən danışdı.
Aygün Gardiner təqdimatla çıxış edərək, uğurlu karyera yolundan və bu yolda qarşılaşdığı çətinliklərdən və onun həlli yollarından bəhs etdi, uğurlu sahibkar olmaq üçün düzgün biznes planın hazırlanmalı olduğunu vurğuladı.
Sonra söz Middlesex Universitetinin professoru George Dafoulosa verildi. O, keçirilən seminarların faydasını vurğuladı. Qadınlara öz bizneslərini qurarkən seçim azadlığının yaradılmasının vacib olduğunu qeyd etdi.
Sonda Aygün Gardiner iştirakçıların suallarını cavablandırdı.
Seminarda Xəzər Universiteti, İngiltərənin Middlesex Universiteti, Gəncə Dövlət Universitetinin tələbələri və nümayəndələri iştirak edirdilər. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva, Filologiya fakültəsinin tələbələri: Arzu Vəlibəyova, Günay Hümbətəliyeva, Fidan Məmmədzadə, Jalə Qanızadə iştirak etdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az