Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri vebinarda iştirak etdilər
SDU-nun müəllim və tələbələri vebinarda iştirak etdilər
Martın 3-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” adlı tədbiri keçirildi.
Vebinarda Böyük Britaniyada “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışan, Oksford Robototexnika İnstitutunda elmi araşdırmalarını davam etdirən, Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisi və hal-hazırda Assosiasiyanın həmsədri Tərlan Süleymanov spiker qismində çıxış etdi.
T.Süleymanov çıxışında araşdırma sahəsi sürücüsüz avtomobillərin ətraf mühiti qavraması, sürülə bilən yolların və yol kənarlarının kamera və lazerlərlə aşkarlanması mövzularında danışdı.
Tədbir zamanı sənayedə mövcud texnoloji yeniliklərdən biri olan sürücüsüz avtomobillər, onların cəmiyyətə faydaları, yarada biləcəyi maneələr və işləmə prinsipləri barədə ətraflı məlumat verildi. Həmçinin, ali təhsil müəssisələrinin texnologiya transferi prosesində iştirak etməsi imkanları müzakirə olundu.
200-dən çox dinləyicinin iştirak etdiyi vebinarın sonunda təhsil və sənaye sahəsinin yenilikləri haqqında suallar cavablandırıldı.
Sumqayıt Dövlət Universitetindən Mühəndislik fakültəsindən Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri prof. Cavanşir Məmmədov və həmin fakültənin tələbələri: Qüdrət Ağazadə (qr 625), Ramin Atazadə (qr 620), Seymur Talıbov (qr 615) vebinarda və sual-cavabda fəal iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az