Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndələri 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə şəhid analarını ziyarət etdilər
SDU-nun nümayəndələri 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə şəhid analarını ziyarət etdilər
Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusi ilə də, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı altındadır. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və sıravi vətəndaş üçün örnəkdir. Bu siyasətin davamı olaraq, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı Şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərirlər. Bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi artıq bir ənənə halını alıb.
8 mart – Beynəlxalq qadınlar günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov və könüllülər şəhid ailələrini ziyarət edib, şəhid Fərhad Əliyevin anası Taciə Əliyevanı, şəhid Tərlan Rzayevin anası Simnarə Səlimovanı , şəhid Emil Əliyevin anası Mətanət Əliyevanı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildirdilər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdılar. Qeyd etdilər ki, xalqımız onlara qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir.
Ailələr də göstərilən diqqət, qayğıya görə öz təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az