Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız ERASMUS+ EQAC görüşündə onlayn iştirak etdilər
Əməkdaşlarımız ERASMUS+ EQAC görüşündə onlayn iştirak etdilər
Martın 11-də Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və təkmilləşdirilməsi (ERASMUS+EQAC) ilə bağlı beynəlxalq layihəsinin növbəti görüşü keçirildi.
Tədbir koordinator universitet olan Bakı Biznes Universitetinin təşkilatçılığı və tərəfdaş universitetlərin Keyfiyyət Təminatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə onlayn formatda baş tutdu. Əsas məqsəd layihəyə tərəfdaş olan universitetlərdə Keyfiyyət Təminatı Mərkəzlərinin hazırkı fəaliyyətinin qənaətbəxş olması ilə bağlı müzakirələr aparmaq, daha mükəmməl fəaliyyətə nail olmaq üçün hansı vəzifələri yerinə yetirmək lazım olduğunu araşdırmaq idi.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Keyfiyyət Təminatı Mərkəzinin (KTM) mütəxəssisləri: Fətullayeva Sədaqət və Şirinova Şəms təmsil etdi.
Əlavə məlumat üçün qeyd edək ki, Keyfiyyət Təminatı Mərkəzi Sumqayıt Dövlət Universitetinin rektorunun əmriylə 2018-ci ildə layihə çərçivəsində yaradılmışdır. ERASMUS+EQAC layihəsi 2017-ci ildə qalib olmuşdur. Layihənin Avropadan tərəfdaşları İngiltərə, İsveç, İspaniya və Litva ölkələrinin universitetləridir. Azərbaycandan isə Gəncə Dövlət Universiteti, Naxçıvan Universiteti, Mingəçevir Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Turizm və Menecment Universiteti yerli tərəfdaşlardır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az