Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları “Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarında iştirak etdilər
SDU əməkdaşları “Britaniya və Amerika jurnallarında nəşr olunma” adlı tədqiqat seminarında iştirak etdilər
Martın16-da Erasmus+Petra layihəsi çərçivəsində Xəzər Universitetində yaradılmış Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbə, magistrant, doktorant, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçirildi. Seminarda spiker qismində Middlesex Universitetinin (Böyük Britaniya) Fəxri professoru, Təhsil Tədqiqatları və Təqaüd Mərkəzinin qurucusu, Sidney, Azərbaycan və Şərqi Avropa Universitetlərinin qonaq professoru, ATLAS-ın (Texas Universiteti) və Yüksək Təhsil Siyasəti Mərkəzinin üzvü, eyni zamanda “Springer Briefs” jurnalının redaktoru, həmçinin Azərbaycan Universitetinin professoru Dr.Paul Gibbs “Britaniya və Amerika jurnallarında nəşrolunma” mövzusunda təqdimatla çıxış etdi. O, yüksək impakt faktorlu jurnallara məqalələrin yazılıb tərtib olunması, onlara nəşriyyatlar tərəfindən rəylərin verilməsi, məqalələrin Britaniya və Amerika jurnallarına göndərilməsi mexanizmləri haqqında ətraflı məlumat verdi.
Seminara Azərbaycandan və xarici ölkələrin müxtəlif universitetlərindən çox sayda iştirakçılar qatıldı, SDU-dan Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Xəyalə Mürsəliyeva, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Afət Rəfiyeva iştirak etdilər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az