Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “ERASMUS+ proqramları” adlı vebinarda iştirak etdilər
Əməkdaşlarımız “ERASMUS+ proqramları” adlı vebinarda iştirak etdilər
Martın 18 –də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Erasmus+ proqramlar ilə bağlı vebinarı keçirildi. Vebinarın spikeri Erasmus+ Azərbaycan Ofisinin direktoru Pərviz Bağırov “Erasmus+ proqramları” mövzusunda çıxış etdi.
Vebinarın əsas məqsədi ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, HORİZON 2020, Jean Monnet) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirməyə, layihə yazmaq bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə yönəlmişdir.
Məlumat üçün bildirək ki, 2021-2027-ci illər Erasmus mübadilə proqramı 3 hissədə təşkil edilib:
1. KA1- mübadilə (tələbə gedib-gəlməsi);
2. KA2- Tempus layihəsi, yaxşı əməkdaşlığın qurulması;
3. KA3- təhsil siyasətində balonya tipli islahatların müəyyənləşdiriməsi.
Erasmus Mundus magistr layihəsi bütün dünyaya açıqdır və bütün ixtisasların təqaüdlü proqramıdır. Türkiyə də bu layihəyə üzv 6 dövlətdən biridir, Azərbaycan isə tərəfdaş ölkələr siyahısındadır. Yeni layihədə kreditlərin miqdarı 120, 90, 60 və. s. ardıcıllıqla artırılmışdır.Müraciət etmək üçün minimum bakalvr diplomu olmalıdır, layihənin konsorsiumuna müraciət etməlidirlər.
Azərbaycanda təəssüf olsun ki, Jean Monnet proqramına önəm verilmir. 2014-2015-ci illərdə ADA universiteti tərəfindən irəli sürüb və regionda ilk proqram olub. Dünyanın 89 ölkəsində 1000-dən artıq universitetində Jean Monnet layihəsi tətbiq edilib. Üstünlüyü: Layihəyə qoşulan hər bir universitet Jean Monnet universiteti olaraq qalır. Orta məktəbdə, təhsilin bütün pillələrində bu proqram istifadə olunur.
Azərbaycanda keçən il cəmi 1 layihə qalib olubdur. Bu layihəyə 2019-cu ildə Avropa tərəfindən 17,7 milyon avro pul sərf edilib. Ümumiyyətlə Erasmus+ proqramları Avropa Komissiyası tərəfindən maliyyələşir.
Vebinara Azərbaycanın universitetlərindən iştirakçılar qatılmış, SDU-dan Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının b/m Xəyalə Mürsəliyeva,Tarix və onun tədrisi metodikası kafedrasının b/m Sarvan Bədəlov, Neft kimyası kafedrasının asistenti Elnur Əhmədov iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az