Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənc müəllimimizin əsəri işıq üzü gördü
Gənc müəllimimizin əsəri işıq üzü gördü

Mayın 24-də universitetimizin Filologiya fakültəsinin müəllimi, gənc yazıçı, şərqşünas, tərcüməçi Əli Rzazadənin növbəti kitabının təqdimat mərasimi keçirildi.
Tanınmış  ədəbiyyatçıların iştirak etdiyi tədbirdə  milli-mənəvi dəyərlərdən bəhs edən  “Yağış” romanında  həqiqət axtarışında olan bir gəncin başına gələn maraqlı, mistik hadisələrdən bəhs olunduğu diqqətə çatdırıldı. 
Mərasimdə Əli Rzazadə qeyd etdi ki, “Yağış” romanının satışından əldə olunan gəlir xeyriyyə  məqsədi ilə xərclənəcək.  
Qeyd edək ki, “Yağış”  romanı müəllifin ilk əsəri deyil. Bundan öncə Əli Rzazadənin “Nurdan zərrələr” - Qurani Kərimdə qadın obrazları əsəri də çap olunub. Yazarın daha bir kitabı  Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başçılıq etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalıya Ədalət (əl-ədalət li Xocalı)” ərəb dilində çap edilib. Xocalı faciəsi həqiqətlərindən bəhs edən kitab ərəb ölkələrinə yayılıb. Xocalıya ədalət kitabı Misirin, Sudanın bir neçə ali təhsil müəssisələri kitabxanalarında yer alıb. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az