Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS + EQAC heyəti növbəti beynəlxalq tədbirdə iştirak etdilər
ERASMUS + EQAC heyəti növbəti beynəlxalq tədbirdə iştirak etdilər
Martın 15-dən18-dək Sumqayıt Dövlət Universitetinin də tərəfdaş olduğu “Ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və təkmilləşdirilməsi” ERASMUS+EQAC beynəlxalq layihəsi çərçivəsində növbəti təlimlər baş tutdu. ERASMUS+ EQAC layihəsinin Avropa tərəfdaşlarından biri olan İspaniyanın Alicante Universitetinin Keyfiyyət Təminatı mütəxəssislərinin iştirakı ilə 4 gün keçirilən təlimlər xarici qiymətləndirməyə həsr olunmuşdu.
Tədbiri koordinator universitet olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov giriş nitqi ilə açaraq, iştirakçıları ERASMUS+EQAC layihəsinin ümumi fəaliyyəti ilə bağlı məlumatlandırdı. Daha sonra Alicante Universitetinin mütəxəssisi Luis Gomes de Membrillera İspaniyada akkreditasiya proseslərinin təşkilinə dair icmal xarakterli məlumatla çıxış etdi. Təlimin növbəti günü panel qiymətləndiricilərin seçmə prosesi və əməliyyatının detallarına həsr olunmuşdu. Sessiyanı Alicante Universitetinin professoru və Bolonya prosesinin İspaniya mütəxəssis qrupunun təmsilçisi, Ali Təhsilin modernləşməsi üzrə Avropa komissiyasının üzvü Guillermo Bernabeu idarə edərək, İspaniyanın ANECA təşkilatının (Keyfiyyət Qiymətləndirməsi və Akkreditasiya üzrə Milli Agentlik) akkreditasiya prosesinin təcrübəsini iştirakçılarla bölüşdü.
Tədbir distant şəkildə həyata keçirildiyi üçün iştirakçıların fəaliyyətinin dinamikliyini və məhsuldarlığını artırmaq məqsədilə interaktiv ünsiyyət vasitəsilə təlimçilərə suallar ünvanlamaq mümkün oldu. Təlimlərdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri, layihənin SDU tərəfindən meneceri t.f.d. Samirə Məmmədova, Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov və Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin metodisti Sədaqət Fətullayeva təmsil etmişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az