Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində 31 mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Kimya və biologiya fakültəsində 31 mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Martın 30-da Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kimya və biologiya fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Öncə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq, 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqqında məlumat verdi. Bildirdi ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrlə yadda qalmışdır. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin faciəli və dəhşətli səhifələrindəndir. Dekan onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edildi.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev “31 mart tarixi yaddaşımızdan silinməyəcək” mövzusunda çıxış edərək, Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən bəhs etdi.
Mülkü müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müəllimi Bilal Əhmədov “Soyqırımı həqiqətləri” mövzusunda çıxış edərək, erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışdı.
Çıxışlardan sonra soyqırımı hadisələrini əks etdirən videoçarx nümayiş olundu.
Kimya və biologiya fakültəsinin 313b saylı qrup tələbəsi Hüseyn Abdullayev “Danışan baş daşları”, 327 saylı qrup tələbəsi İnci Məmmədova “Şəhidlər”, 323b saylı qrup tələbəsi Anar Güllərli “Azərbaycan” şeirlərini səsləndirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az