Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının əməkdaşları Regional XI Beynəlxalq Elmi və Praktik Konfransda təqdimatla çıxış etdilər
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının əməkdaşları Regional XI Beynəlxalq Elmi və Praktik Konfransda təqdimatla çıxış etdilər
Aprelin 1-dən 2-dək SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının əməkdaşları M.F.Reşetnyov adına Sibir Dövlət Elm və texnologiyalar Universitetində onlayn və oflayn formatda keçirilən "Qlobal İqtisadiyyatda Logistik Sistemlər" XI Beynəlxalq Elmi və Praktik Konfransda təqdimatla çıxış etdilər. Konfransın keçirilməsində məqsəd qlobal iqtisadiyyatda logistika sistemlərinin idarə edilməsi, istedadlı gənclərin üzə çıxarılması sahəsində birgə elmi və tətbiqi tədqiqatlar üçün beynəlxalq və ümumrusiya əlaqələrinin formalaşması və inkişaf etdirilməsindən ibarət idi.
Konfransda Sibir Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Texnik Universiteti, İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti, Sibir Federal Universiteti, Krasnoyarsk Dövlət Aqrar Universiteti, Belarus Milli Texniki Universiteti, Rusiya Nəqliyyat Universiteti, Krasnoyarsk Dəmiryol Nəqliyyatı İnstitutu, Belarus Milli Texniki Universiteti ilə yanaşı Sumqayıt Dövlət Universiteti də təmsil olundu.
Plenar iclas çərçivəsində M.F. Reşetnyov adına Sibir Dövlət Elm və Texnologiyalar Universitetinin rektoru Akbulatov Edham Şukrieviç və Krasnoyarsk Bölgəsinin İqtisadiyyat və Regional İnkişaf nazirinin birinci müavini Berşadsky Mixail Viktoroviç çıxış etdi. E.Ş. Akbulatov çıxışında müasir dövrdə bölgənin üzləşdiyi və həlli getdikcə daha da artan maddi-texniki problemlərin əhəmiyyətini vurğuladı, son yüzillikdə bölgədə həyata keçirilmiş misilsiz layihələri xatırladaraq tarixi bir ekskursiya etdi.
Logistik sistemin əhəmiyyəti və logistika sahəsində yaranan problemlər haqqında Krasnoyarsk vilayətinin nəqliyyat nazirinin müavini Zotin Dmitri Vadimoviç, baş direktor Ladıjenko Serqey Nikolayeviç, Krasnoyarsk vilayətinin Nəqliyyat xidmətinin rəisi Kojanov Aleksandr Fyodoroviç, “Krosnoyarsk aeroportları “ müəssisəsinin xəzinəsinin baş direktoru Loqaçyova Yuliya Leonidovna, “KrasAvia” MMC-nin marşrut xətti proyektinin rəhbəri Lukyanov İlya Vladimiroviç, Sibir Karqo Servizin baş direktoru Voronçixina Qalina İvanovna, İqtisad-maliyyə bölməsinin rəisi Akbulatov Timur Edxamoviç, Krasnoyarsk vilayətinin gömrük idarəsinin gömrük prosedurları və gömrük nəzarəti şöbəsinin rəisi Arsentyev Vyaçeslav Vitalyeviç, Mərkəzi Sibir Sənaye Ticarət Birliyinin prezidenti Şaqeyev Rafael Marsoviç müxtəlif səpkili aktual mövzularla çıxış etdilər.
Konfransda SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Q.S.Hüseynov və bir qrup əməkdaşları dos. B.Ə.Orucəliyeva, baş müəllimlər İ.B.Əmirov, S.T.Məmmədova, Z.M.Qasımova, müəllim Ş.İ.Əliyeva Azərbaycanda logistika sahəsinin bu günü və prespektivlərini əhatə edən mövzularla çıxış etdilər. Baş müəllim İmran Əmirov “Azərbaycanın nəqliyyat-logistik əlaqələrinin inkişaf perspektivləri”, baş müəllim Səxavət Məmmədova “Müəssisənin logistika fəaliyyətində kadr çatışmazlığının aradan qaldırılması yolları", müəllim Şöhrət Əliyeva “Regionda baramaçılığın inkişafı, tekstil sənayesinə logistika və nəqliyyat dəstəyi (Şəki-Zaqatala regionu timsalında)” mövzularında çıxış etdilər. Onlar öz təqdimatları ilə yanaşı Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti haqqında geniş məlumat verdilər.
Sonda birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az