Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Gələcəyə baxış” adlı Avrasiya patent universiadasında II yer qazanmışdırlar
Tələbələrimiz “Gələcəyə baxış” adlı Avrasiya patent universiadasında II yer qazanmışdırlar
Russiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Virusdan qorun - düşmən daxil ola bilməz! Həkim və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzusunda keçirilən Avrasiya Patent Universiadasında Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə Mühəndislik fakültəsinin tələbələrindən ibarət komanda-III kurs tələbəsi Seymur Talıbov və II kurs tələbəsi Qüdrət Ağazadə müsabiqədə uğurlu çıxış edərək II yeri qazanmışdırlar. Komanda müsabiqədə "Tibbi müəssisələrdə koronavirus COVID-19-un aşkarlanması və avtomatik olaraq aradan qaldırılması üçün mobil robot" layihəsi ilə çıxış etmişdir. Onlar “Gənc tədqiqatçıların beynəlxalq assambleyası” finalına dəvət almışdırlar. Assambleya 19-21 may 2021-ci il tarixində Velikinovqorodda keçiriləcəkdir.
Müsabiqə nəticələri üçün aşağıdakı linkdən keçid alıb tanış ol bilərsiniz.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az