Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Beynəlxalq olimpiadada uğur qazandılar
SDU-nun tələbələri Beynəlxalq olimpiadada uğur qazandılar
Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən dövlət proqramları dünya miqyasında ölkəmizin elm və təhsil sahəsində rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq bacarığına malik gənclərin formalaşmasına münbit şərait yaratmışdır. Belə gənc alimlərin yetişdirilməsində universitet, respublika və beynəlxalq miqyaslı fənn olimpiadalarının keçirilməsinin də xüsusi rolu və yeri vardır.
Cari ilin 6 aprel tarixində Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri olan Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda ikimərhələli onlayn formatda ənənəvi IV Beynəlxalq fənn olimpiadası keçirildi. Olimpiada texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları, texniki sistemlərdə idarəetmə, ölçmə və telekommunikasiya sistemləri, ölçmənin metroloji təminatları kimi bir neçə geniş sahələri əhatə edirdi. Olimpiadada Rusiya Federasiyasından 12, Qazaxıstan Respublikasından 1, Çin Xalq Respublikasından 1 universitet olmaqla, 80 komanda iştirak etdi.
Olimpiadada assosiasiyanın Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri 2 komanda ilə iştirak etdilər.
Proseslərin avtomatlaşdırılması kafedrasının professoru Fazil Ələkbərli komandalara kuratorluq etmişdir. Mühəndislik fakültəsinin tələbələri: Seymur Talıbov, Qüdrət Ağazadə, Vüsal Hacıyev, Fizika və elektroenergetika fakültəsinin magistrantı Nicat Hüseynovdan ibarət 1-ci komandaya professor Cavanşir Məmmədov, Fizika və elektroenergetika fakültəsinin tələbələri: İslam Əliyev, Ceyhun Əlizadə, Telman Hacıəliyev, Sarıya Kudiyevadan ibarət 2-ci komandaya isə dosent Turqay Hüseynov rəhbərlik etdilər. Birinci komandanın işçi dili ingilis, ikinci komandanın işçi dili rus dili idi.
Professor Cavanşir Məmmədovun rəhbərlik etdiyi komanda III yerə, fərdi yarışlarda isə Mühəndislik fakültəsinin II kurs tələbəsi Qüdrət Ağazadə mükafata layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az