Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız İ.Javakhishvili adına Tiblisi Dövlət Universiteti dosentinin online vebinarında iştirak etdilər
Əməkdaşlarımız İ.Javakhishvili adına Tiblisi Dövlət Universiteti dosentinin online vebinarında iştirak etdilər
Aprelin 9-da Xəzər Universitetinin Middlesex Universiteti (Middlesax Universitetiy, London) ilə birlikdə təşkil etdiyi British Council tərəfindən maliyyələşən Creative Spark layihəsi çərçivəsində növbəti vebinar keçirildi. “Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar” adı altında keçirilən online seminarın növbəti qonağı İ.Javakhişvili adına Tbilisi Dövlət Universitetinin Keyfiyyət Təminatı Xidmətinin (KTX) rəhbəri İrma Grdzelidze idi. Seminarın işçi dili ingilis dili idi.
Tədbiri giriş sözü ilə Middlesex Universitetinin professoru George Dafoulos açaraq iştirakçıları salamladı. Sahibkarlıq fəaliyyətində gender məsələsi, onun dünyanın hazırkı siyasi mənzərəsinə təsirindən danışdı.
Daha sonra o, görüşün moderatoru dosent İrma Grdzelidzeyə sözü verdi. Grdzelidze təqdimatla çıxış edərək, öz karyera yolundan və bu yolda qarşılaşdığı çətinliklərdən bəhs etdi. İrma xanım KTX mərkəzində fəaliyyəti haqqında da məlumat verərək bildirdi ki, burada tələbə rəyləri təkcə təlim və tədris prosesində deyil, həmçinin tədris proqramlarında da nəzərə alınır. Tələbələr öyrənmə prosesində ekspert hesab olunurlar. KTX tərəfindən mütəmadi olaraq tələbələr arasında məmnuniyyət sorğusu təşkil olunur.
Seminarda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin, həmçinin İngiltərənin Middlesex Universitetinin tələbə və əməkdaşları iştirak edirdilər. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Kefiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov və Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin metodisti Sədaqət Fətullayeva iştirak etdilər.
Vebinarın ümumi məqsədi sahibkarlıq fəaliyyəti zamanı qadın sahibkarların imkanlarının genişləndirilməsi, perspektivlərinin müəyyənləşdirilməsi, habelə onların üzləşdiyi problem və uğurları işıqlandırmaq, qadınları sahibkar olmağa motivasiya etmək idi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az