Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texniki Universitetində keçirilən Beynəlxalq Olimpiada qalibləri mükafatlandırıldı
Ufa Dövlət Neft Texniki Universitetində keçirilən Beynəlxalq Olimpiada qalibləri mükafatlandırıldı
Aprelin 14-də Ufa Dövlət Neft Texniki Universitetində “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda onlayn formatda keçirilmiş IV Beynəlxalq olimpiadanın qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.
Beynəlxalq olimpiadanın mükafatçılarını təbrik etmək üçün ilk söz alan UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin tədbir iştirakçılarını salamlayaraq, olimpiadaya qoşulan digər ölkələrin universitet rəhbərlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, olimpiada iştirakçılarının sayı və nüfuzu ildən-ilə artır. Birinci olimpiadada 42 tələbə iştirak edirdisə, bu il iştirakçıların sayı 200-ə yüksəlmişdir. Avtomatlaşdırma sahəsində mütəxəssis hazırlayan 14 universitetdən 34 komanda, Rusiya universitetlərindən olan komandalardan əlavə, İ.İ. adına Atırau Neft və Qaz Universitetinin (Qazaxıstan Respublikası) və Sumqayıt Dövlət Universitetinin (Azərbaycan Respublikası) tələbələri olimpiadanın coğrafiyasını daha da genişləndirmişdir. Olimpiadanın qalib və mükafatçılarının təntənəli mükafatlandırılması qarışıq formatda keçirildi. Universitetlərin nümayəndələri tədbirə məsafədən qoşuldular, təşkilatçılara minnətdarlıq bildirildi, hər bir tələbəyə uğurlar arzulandı.
Sonra çıxış üçün söz SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayevə verildi. Qafar Atayev SDU-nun rektoru professor Elxan Hüseynovun salamlarını və təbriklərini UDNTU-nun rəhbərliyinə və olimpiadanın qaliblərinə çatdırdı. Belə olimpiadalarda iştirakın əhəmiyyətini, son illərdə universitetlərimiz arasında yaranmış yüksəksəviyyəli əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı, təşkilatçılara minnətdarlığını bildirdi və qalibləri təbrik edərək onlara uğurlar dilədi.
Tədbirdə SDU-un digər nümayəndəsi – Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov olimpiadada iştirakçıların qeydiyyatı, keçirilməsi, obyektiv şəkildə qaliblərin seçilməsi kimi bütün mərhələlərin çox yüksək şəkildə təşkil olundunu diqqətə çatdırdı, UDNTU-nun rəhbərliyinə, olimpiadanın keçirilməsində məsul şəxs-Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının müdiri Zakirniçnaya Marina Mixaylovnaya təşəkkürünü bildirildi. Keçirilən olimpiadadan böyük təcrübə əldə edildiyini, gələcəkdə birgə layihələr üzərində işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.
Rusiyanın digər ali təhsil müəssisələri və Qazaxıstan universitet nümayəndələri də çıxış edərək təbriklərini və xoş arzularını bildirdilər.
Sonda Ufa Dövlət Neft Texniki Universitetinin rektoru O.Baulin və təşkilatçılar tərəfindən qaliblərə diplom və qiymətli hədiyyələr verildi. Birinci mərhələnin qaliblərinə xatirə medalları, komanda mərhələsinin qaliblərinə isə virtual reallıq eynəkləri, simsiz şarj cihazları və xarici batareyalar təqdim edildi.
Distant şəkildə iştirak edən qaliblərin diplom və mükafatlarının yaxın günlərdə ünvanlarına göndəriləcəyi bildirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az