Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşü keçirildi
Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşü keçirildi
Aprelin 16-da Dövlət Məşğulluq Agentliyinin nəzdində yaradılan Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşü keçirildi. Görüşdə Dövlət Məşğulluq Agentliyinin, Gənclər Fondunun, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Universitetinin və Bakı Ali Neft Məktəbinin nümayəndələri iştirak etdilər.
Görüşdə Karyera Mərkəzlərinin Koordinasiya Şurasının gələcək fəaliyyət istiqamətləri, əsasnaməsinin hazırlanması, səlahiyyətləri, gözləntilər və iş prinsipi haqqında fikir mübadiləsi aparıldı.
Həmçinin İdarə Heyəti üzvləri təmsil etdikləri qurumlardakı Karyera Mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumat verdi, görüləcək işlər barədə öhdəliklər müəyyənləşdirildi.
Görüşdə SDU-nun Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev çıxış edərək Karyera Mərkəzinin gördüyü işlər haqqında ətraflı məlumat verdi, universitetlə tanışlıq məqsədilə iştirakçılara SDU-nun bukletlərini təqdim etdi. Əmirxan İsayev idarə heyətinin təqdim etdiyi bölgələr üzrə Karyera Mərkəzlərinin yaradılmasına dəstək verəcəyini bildirdi və idarə heyətini SDU-ya dəvət edəcəyini söylədi.
Qeyd edək ki, Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, Karyera Mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərilməsidir.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az