Əsas səhifə | Xəbərlər | SDU-nun Xarici dillər kafedrasının bir qrup müəllim və tələbə heyəti MDU-da təşkil olunan tədbirdə iştirak etdilər
SDU-nun Xarici dillər kafedrasının bir qrup müəllim və tələbə heyəti MDU-da təşkil olunan tədbirdə iştirak etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etdi. Prezidentin bu Sərəncamı təhsil müəssisələrində də maraqla qarşılandı.
Dünyanı öz çənginə alan pandemiya virusunun yaratdığı əngəllərə baxmayaraq elə bu məqsədlə ali tədris müəssisələrində silsilə tədbirlər onlayn formatda həyata keçirilir. Bunlardan biri də aprelin 24-də Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn formatda tədbir keçirildi. Mingəçevir Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti arasında birgə əməkdaşlıq çərçivəsində SDU-nun Xarici dillər kafedrası da bu tədbirə müəllim və tələbə heyəti ilə qoşuldu. Tədbiri moderator dosent Nizami Zeynalov açıq elan etdi. MDU-nun XD-18 və XD-19 qruplarının III kurs tələbələri ingilis dilində Nizami Gəncəvinin poemalarından parçalar təqdim etdilər. Onların səlist ingilis dilində nitq söyləmələri, qəzəl demələri virtual auditoriyada maraqla izlənildi.
Tədbirin sonunda MDU-nun Xarici dillər kafedrasının müəllimləri ilə yanaşı .SDU-nun Xarici dillər kafedrasının da müəllimlərinə söz verildi. Sumqayıt Dövlət Universitenin Xarici dillər kafedrasını müdiri prof. Nigar xanım İsgəndərovaya söz verildi. Nigar xanım bu tədbirdən xoş təəssürat aldığını söylədi və tələbələrlə yanaşı universitet heyətinə də uğurlar arzuladı. Kafedranın baş müəllimi Səadət xanım Xəlilova tələbələrin səlis ingilis dilində tələffüzü baradə müsbət fikrlərini söylədi, onlara gələcək planlarında uğurlar arzuladı
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az