Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və SDTK-nın birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: üstünlükləri və perspektivləri” mövzusunda vebinar keçirildi
SDU və SDTK-nın birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: üstünlükləri və perspektivləri” mövzusunda vebinar keçirildi
Mayın 3-də İqtisadiyyat kafedrası ilə SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: üstünlükləri və perspektivləri” mövzusunda vebinar keçirildi.
Vebinarı giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq, iştirakçıları salamladı. Qeyd etdi ki, tədbirin məqsədi universitetin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinə və müəllimlərinə ölkəmizdə elektron hökümətin qurulması və bundan irəli gələn bir sıra məsələlərin həlli, o cümlədən rəqəmsal iqtisadiyyatın formalaşdırılmasının zəruriliyi haqqında fikirləri çatdırmaqdır.
SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva tədbir iştirakçılarını salamladı, Sumqayıt Dövlət Universiteti ilə Sumqayıt Dövlət Texniki Kolleci arasında birgə tədbirlərin əhəmiyyəti, tələbələrin dünya görüşlərinin genişləndirilməsi və fasiləsiz təhsilin təmin olunmasının vacibliyi haqqında fikirlərini bölüşdü.
İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova tədbirin əhəmiyyətindən bəhs edərək bildirdi ki, vebinarın keçirilməsində məqsəd rəqəmsal iqtisadiyyatın qurulmasının problemləri, meyilləri, perspektivləri, sosial-iqtisadi nəticələri haqqında iştirakçılara məlumat verməkdir. Bu sahədə maarifləndirmə işinin genişləndirilməsi məqsədi ilə “Rəqəmsal iqtisadiyyat: üstünlükləri və perspektivləri” mövzusunda silsilə vebinarların təşkili nəzərdə tutulub.
İqtisadiyyat kafedrasının baş müəllimi i.f.d. Şəhla Cəmilzadə “Rəqəmsal iqtisadiyyat: dünya trendləri, rəqəmsal texnologiyaların yayılmasının sosial və iqtisadi nəticələri” mövzusunda çıxış etdi. Bildirdi ki, rəqəmsal iqtisadiyyat məfhumu müxtəlif yanaşmaları, rəqəmsal iqtisadiyyatın formalaşması amillərini şərh edir bu sahədə qəbul olunmuş proqramlar haqqında məlumat verir, rəqəmsal iqtisadiyyatın insanların həyat tərzinə təsirini araşdırır, onun müsbət və mənfi cəhətlərini təhlil edir, rəqəmsal iqtisadiyyat mühitində informasiya təhlükəsizliyi məsələlərini şərh edir, rəqəmsal iqtisadiyyatın yayılmasının sosial-iqtisadi nəticələri haqqında, o cümlədən elektron təhsilin, elektron səhiyyənin, elektron kitabxananın xüsusiyyətləri barədə məlumat verir.
İqtisadiyyat kafedrasının baş müəllimi Elnarə Məmmədova “Rəqəmsal iqtisadiyyat: rəqəmsal çagırışlar və inqilab” mövzusunda çıxış etdi. Rəqəmsal iqtisadiyyatın qabaqcıl təcrübələrinin başlıca olaraq lokomotiv rolu oynadığını qeyd edərək, rəqəmsal iqtisadiyyatın komponentləri, drayveri, rəqəmsal iqtisadiyyatın yaratdığı yeni biznes modelləri, elektron ticarət, elektron bankçılıq, rəqəmsal iqtisadiyyatın ciddi çağırışları və rəqəmsal inqilab, Azərbaycanda rəqəmsallaşma sahəsində aparılmış işlər haqqında məlumat verdi və rəqəmsal iqtisadiyyatın inkişafına dair təkliflərini səsləndirdi, pul köçürmələrinə dair hazırladığı animasiyalı təqdimatla çıxış etdi.
Vebinarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyasına dair müzakirələr aparıldı.
Aparılan müzakirələr, fikir mübadiləsi nəticəsində rəqəmsal iqtisadiyyat sahəsində mühüm uğurlar əldə olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az