Əsas səhifə | Xəbərlər | Ritorika-natiqlik sənəti müsabiqəsi
Ritorika-natiqlik sənəti müsabiqəsi

Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubu  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Ritorika-natiqlik sənəti müsabiqəsi" adlı layihə həyata keçirmişdir.
Birinci mərhələsi Quba rayonunun Rustov kəndinin Əfqan Vəliyev adına tam orta məktəb şagirdləri arasında baş tutan layihənin təmsilçisi Vəli Əliyev Sumqayıt Dövlət Universitetinin məzunudur. Müsabiqənin son mərhələsinin seçim turu üçün yenidən Qubaya yollanan SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov, Ritorika Universal Klubunun sədri Arzu Nəbizadə və klubun təsisçilərindən olan Pərvin Qocayeva məktəb kollektivi tərəfindən mehriban qarşılanmış və məktəblə tanış olduqdan sonra birinci sinif şagirdlərinin əlifba bayramına tamaşa etmişlər. 
Layihənin final mərhələsində Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov və  klubun sədri Arzu Nəbizadə  vurğuladılar ki, müsabiqə Ulu öndərin həyat və fəaliyyətinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi vacib missiyanı yerinə yetirir. Bildirdilər ki, ümummilli lider Heydər Əliyevin yüksək danışıq qabiliyyəti və fenomenal natiqlik istedadı biz gənclərə örnəkdir.
Müsabiqənin hər bir iştirakçısı 15 göstərici üzrə maksimum 75 ballıq şkala ilə qiymətləndirilmişlər. Ən yüksək nəticə göstərən Tural Sultanov 62,5 balla I yerə, Firidun Mustafayev və Asiman Quliyeva 62,25 balla II yerə, Arzu İsayeva 61 balla III yerə layiq görülmüşlər. Qaliblər medal və sertifikatlarla təltif olunmuşlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az