Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə SDU-nun fakültələrində “Heydər Əliyevin həyat fəaliyyəti və dövlət quruculuğu siyasəti” mövzusunda mühazirə dərsləri təşkil edildi
Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə SDU-nun fakültələrində “Heydər Əliyevin həyat fəaliyyəti və dövlət quruculuğu siyasəti” mövzusunda mühazirə dərsləri təşkil edildi
Müasir Azərbaycanın memarı kimi yaddaşlara həkk olunan Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram olaraq Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfrans və bütün fakültələrdə “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda onlayn formatda mühazirə dərsləri təşkil olunur.
Mayın 3-dən başlayaraq Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə SDU-nun fakültələrində “Heydər Əliyevin həyat fəaliyyəti və dövlət quruculuğu siyasəti” mövzusunda Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının professor-müəllim heyəti tərəfindən mühazirə dərsləri keçirilir.
Mühazirələrdə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıldı. Bildirildi ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandıracaq. O da xüsusilə vurğulandı ki, Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Xalq Prezidentinə inanır və Onun arxasınca inamla gedir. Bu inamın nəticəsidir ki, Azərbaycan artıq qalib ölkədir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır ki, düşmən işğalında olan torpaqları işğaldan azad edib. Bu qalibiyyət, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu şərəfli missiyanın tamamlanması və Onun ruhunun şad edilməsidir.
Qeyd edək ki, “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda onlayn formatda təşkil olunan mühazirələr davam edir.
 
Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə SDU-nun fakültələrində “Heydər Əliyevin həyat fəaliyyəti və dövlət quruculuğu siyasəti” mövzusunda keçiriləcək məşğələlərinin qrafiki
 
Fakültələr
Mühazirəçi
Tarix, saat
1
Riyaziyyat
prof. Ş.D.Səlimov
04.05.2021; 0830
07.05.2021; 0830  
2
İqtisadiyyat və idarəetmə
dos. Ə.İ.İsayev
03.05.2021; 0945
07.05.2021; 0945
3
Kimya-biologiya
dos. E.Ş.Xəlilov
05.05.2021; 0830
04.05.2021; 0830
4
Fizika və elektroenergetika
b/m. P.T.Cəfərov
07.05.2021; 0830
07.05.2021;1100
5
Mühəndislik
b/m. S.M.Qocayev
04.05.2021; 0945
07.05.2021;1200
6
Filologiya
b/m. S.Q.Məhərrəmov
04.05.2021;0945
05.05.2021; 1100
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az