Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun beynəlxalq olimpiadada yer tutan tələbələrinə Ufa Dövlət Neft Texniki Universitetinin diplomu təqdim edildi
SDU-nun beynəlxalq olimpiadada yer tutan tələbələrinə Ufa Dövlət Neft Texniki Universitetinin diplomu təqdim edildi
Bu gün Sumqayıt Dövlət Universiteti dünyanın aparıcı ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Bu əlaqələrin genişlənməsində universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, müxtəlif elm-təhsil qurumları ilə birgə layihələrin həyata keçirilməsinə, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qeyd edək ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinə üyğun olaraq, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynovun rəhbərliyi altında SDU-nun tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində təşkil olunmuş elmi konfranslarda, olimpiadalarda iştirak etmiş və uğur qazanmışlar.
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) ikimərhələli onlayn formatda keçirilən “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda ənənəvi IV Beynəlxalq fənn olimpiadasında qalib olmuş tələbələrinə və onların elmi rəhbərlərinə diplom təqdim olundu, həmçinin universitetin rektoru professor Elxan Hüseynova təşəkkürnamə ünvanlandı.
Qeyd edək ki, cari ilin 6 aprel tarixində Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri olan Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda ikimərhələli onlayn formatda ənənəvi IV Beynəlxalq fənn olimpiadası keçirilmişdir. Olimpiada texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları, texniki sistemlərdə idarəetmə, ölçmə və telekommunikasiya sistemləri, ölçmənin metroloji təminatları kimi bir neçə geniş sahələri əhatə edirdi. Olimpiadada Rusiya Federasiyasından 12, Qazaxıstan Respublikasından 1, Çin Xalq Respublikasından 1 universitet olmaqla, 80 komanda iştirak etdi.
Olimpiadada assosiasiyanın Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri 2 komanda ilə iştirak etmişdilər.
Proseslərin avtomatlaşdırılması kafedrasının professoru Fazil Ələkbərli komandalara kuratorluq etmişdir. Mühəndislik fakültəsinin tələbələri: Seymur Talıbov, Qüdrət Ağazadə, Vüsal Hacıyev, Fizika və elektroenergetika fakültəsinin magistrantı Nicat Hüseynovdan ibarət 1-ci komandaya professor Cavanşir Məmmədov, Fizika və elektroenergetika fakültəsinin tələbələri: İslam Əliyev, Ceyhun Əlizadə, Telman Hacıəliyev, Sarıya Kudiyevadan ibarət 2-ci komandaya isə dosent Turqay Hüseynov rəhbərlik etdilər. Birinci komandanın işçi dili ingilis, ikinci komandanın işçi dili rus dili idi.
Professor Cavanşir Məmmədovun rəhbərlik etdiyi komanda III yerə, fərdi yarışlarda isə Mühəndislik fakültəsinin II kurs tələbəsi Qüdrət Ağazadə mükafata layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az